Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2020 16:45
Ən əsas fikrim o idi ki, atamın başını uca edim. Çox ağrılı günlər yaşadım. Anam xərçəng xəstəliyindən dünyasını dəyişdi. Ana itkisi çox dəhşətlidir (ağlayır). Atam çalışıb bizə elə qayğı göstərirdi ki, anasızlığı hiss etməyək. Bacımın toyu olanda atam öz əlləri ilə yorğan sırıdı.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova "Həyat, sevgi və göz yaşları" proqramında deyib. Ailəsindən danışan aktrisa anasını tez itirdiyini bildirib. O deyib ki, atası da anasından sonra infarkt keçirib dünyasını dəyişib:
"Anamın atama son sözü bu oldu: "Balalarımı sənə, səni Allaha tapşırıram. Balalarımdan və səndən doymadım". Anam 52 yaşında dünyasını dəyişdi. Atam çox əziyyət çəkdi, ürəyi dözmədi. 6 ildən sonra infarkt keçirdi, dünyasını dəyişdi. Ata itirmək bir başqa dərtdir. Ona çox bağlı idim. Atam bizə ana itkisini hiss etdirmirdi, hər qayğını göstərirdi. Atamdan sonra dedim, dağım getdi. Gecə-gündüz qəbir üstünə gedirdim. Ondan sonra həyatda hər şeyi itirdim".