Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Artıq neçənci əməkdaşdır ki, o yolda maşın vurub öldürür''

''Artıq neçənci əməkdaşdır ki, o yolda maşın vurub öldürür''

Tarix: 3 Sentyabr 2020 17:06

Bununla artıq neçənci əməkdaşdır ki, o yolda maşın vurub öldürür. Çətindirmi Parlament prospektində düzgün sürət həddi təyin etmək, lazımi yerlərdə yol nişanları quraşdırmaq? Bəlkə yerüstü keçid?

Sonxeber.net azxeber.com-a istinadla xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Alidə Mustafayeva sosial şəbəkə hesabında yazıb. O ötən gün Səbail rayonunun Parlament prospektində avtomobillə vurularaq dünyasını dəyişən AzTV əməkdaşı Sərxan Məmmədov haqda danışıb.

Aparıcı deyib ki, həmin yolda bu cür bədbəxt hadisə ilk dəfə deyil ki, yaşanır:
 
"Yazıq deyildimi o 34 yaşlı iki uşaq atası?! Hətta, yazıq Qəbələdən treninqə gəlibmiş. Qismət. Analoji hadisə mən AzTV-də işləyəndə də baş vermişdi. Suflerda işləyən cavan xanımı həmin yerdə maşın vurub öldürmüşdü. Hətta, o vaxt deyirdilər ki, bu artıq neçənci haldır. Bu nə qədər belə davam edəcək?!"


Etiketlər:  Artıq neçənci əməkdaşdır yolda maşın vurub öldürür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ