Tarix: 3 Sentyabr 2020 17:30
Qol.az xəbər verir ki, bu sözləri Monteneqro yığmasının futbolçusu Stefan Yovetiç UEFA Millətlər Liqasında Kiprlə keçirəcəkləri matçdan öncə "Sportklub" nəşrinə danışarkən deyib.
"Monako"da çıxış edən 31 yaşlı hücumçu qrupdakı yığmalardan səviyyəcə daha üstün olduqlarını bildirib:
"Düşünürəm ki, öz yerimizdə möhkəm durmalı, ardıcıl oyunlarımızı keçirməli və yaxşı nəticələrə nail olacağımıza inanmalıyıq. Həmişəki kimi, meydana qələbə üçün çıxacaq və ölkəmiz üçün hər şeyi edəcəyik. İnanırıq ki, Monteneqro üçün layiqli nəticəyə imza atacağıq. Təbii ki, yığmada oynamaq mənim daha çox xoşuma gəlir. Burada uşaqları görüb əylənirik. UEFA Millətlər Liqasını təsis etməklə əla iş görüb. Matçlar yoldaşlıq görüşlərinə nisbətən daha cəlbedicidir və nəticə anlamı verir. Bütün komanda kimi, mən də optimistəm. Hesab edirəm ki, daha yüksək reytinq uğrunda mübarizə apara bilərik".
Qeyd edək ki, Monteneqro yığması C Liqasının 1-ci qrupunda sentyabrın 5-də Kiprlə, 3 gün sonra isə Lüksemburqla üz-üzə gələcək. Azərbaycan millisi bu komanda ilə ilk oyununu oktyabrın 10-da səfərdə keçirəcək. İkinci qarşılaşma isə noyabrın 14-də Bakıda olacaq.
Azərbaycan milisi Canni De Byazinin baş məşqçiliyi altında sentyabrın 5-də Lüksemburq, 8-də isə Kiprləüz-üzə gələcək.