Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2020 18:16
Bakı. İlhamə İsabalayeva - Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə Azərbaycan Xüsusi Olimpiya Komitəsi əsasən sağlamlıq imkanları məhdud uşaqların qatıldığı inkluziv idman yarışları təşkil edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda baş tutan yarışlarda əksəriyyəti dövlət uşaq müəssisələrindən, habelə sosial müəssisələrdən, inklüziv orta məktəblərin məzunlarından, fərqli sahələrə aid məşq prosesinə cəlb olunmuş şəxslərdən ibarət olmaqla 80-dən çox şəxs qatılıb. Qaçış növü üzrə keçirilən yarışların təşkilində məqsəd bu kateqoriyadan olan uşaqların idmana, Xüsusi Olimpiya hərəkatına marağının artırılması, onlar arasında bədən tərbiyəsi və idmanın təbliği, cəmiyyətə inteqrasiyasının dəstəklənməsidir.
2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyan yarışların qalibləri Sosial Xidmətlər Agentliyi və Xüsusi Olimpiya Komitəsi tərəfindən mükafatlandırılıb.