Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2020 08:14
Futbol üzrə UEFA Millətlər Liqasında 2020/21 mövsümünə start verilib.
Sonxeber.net matc.az-a istinadən xəbər verir ki, mövsümün açılış matçında Latviya Andorranı qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb.
İlk oyun gününün maraqla gözlənilən qarşılaşmasında A Liqasının 4-cü qrupunda yer alan Almaniya yığması ilə İspaniya üz-üzə gəlib. Almanlar bu görüşdən əlavə vaxtında qələbəni əldən veriblər.
B Liqasında mübarizə Türkiyə yığması da ilk oyununu bu gün keçirib. Şenol Günəşin rəhbərlik etdiyi komanda Macarıstanla qarşılaşıb və doğma meydanda gözlənilməz məğlubiyyətlə üzləşib.
Qarşılaşmalar koronavirus pandemiyasına görə azarkeşsiz keçirilir.
C Liqasının 1-ci qurupunda yer alan Azərbaycan yığması sentyabrın 5-də mübarizəyə başlayacaq. Canni De Byazinin rəhbərlik etdiyi komanda Lüksemburq yığmasıyla Bakıda qarşılaşacaq.
UEFA Millətlər Liqası
2020/221 mövsümü, 1-ci tur
3 sentyabr
D Liqası, 1-ci qrup
Latviya - Andorra 0:0
Farer adaları - Malta 3:2
Qol: K.Olsen, 25. A.Olsen, 87. B.Olsen, 90 - Deqabriele, 37. Aqius, 73.
A Liqası, 4-cü qrup
Almaniya - İspaniya 1:1
Qol: Verner, 51 - Qaya, 90+6.
Ukrayna - İsveçrə 2:1
Qol: Yarmolenko, 14. Zinçenko, 68 - Seferoviç, 41.
B Liqası, 4-cü qrup
Bolqarıstan - İrlandiya 1:1
Qol: Krayev, 56 - Daffi, 90+3.
Finlandiya - Uels 0:1
Qol: Mur, 80.
B Liqası, 3-cü qrup
Rusiya - Serbiya 3:1
Qol: Dzyuba, 48; 81. Karavayev, 69 - Mitroviç, 78.
Türkiyə - Macarıstan 0:1
Qol: Soboslay, 80.
C Liqası, 3-cü qrup
Moldova - Kosovo 1:1
Qol: Nikolaesku, 20 - Kololli, 71.
Sloveniya - Yunanıstan 0:0