Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şalke'' 36 yaşlı hücumçu aldı

''Şalke'' 36 yaşlı hücumçu aldı

Tarix: 4 Sentyabr 2020 15:54

Almaniyanın “Şalke” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi “Herta”dan ayrılan Vedad İbişeviçi transfer edib.
 
6 yaşlı bosniyalı hücumçu ilə bir illik müqavilə imzalanıb. Vedad yeni klubunda 11 nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, İbişeviç 2015-ci ilin avqustundan “Herta”da çıxış edirdi. O, Almaniyada “Ştutqart”, “Hoffenhaym” və “Allemaniya”da da forma geyinib. Bosniya və Herseqovina yığmasının sabiq forvardı Fransada PSJ və “Dijon”un da uğurları üçün çalışıb.

 

 


Etiketlər:  Şalke yaşlı hücumçu aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ