Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Toylarla bağlı qadağa qüvvədə qalmalıdır'' - Xalq artisti

''Toylarla bağlı qadağa qüvvədə qalmalıdır'' - Xalq artisti

Tarix: 4 Sentyabr 2020 17:04

"Bizdə toylarla bağlı qadağa qüvvədə qalmalıdır, ta o zamana kimi ki, koronavirus ölkədə tamamilə məhv olsun getsin".

Bunu Sonxeber.net-a açıqlamasında Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi deyib.

Xalq artisti bildirib ki, birinci yerdə cəmiyyətin, insanların sağlamlığı məsələsi durur:

"O zaman normal həyata qayıda bilərik. Dövlət hər halda bizim hamımızın sağlamlığını düşünür, qayğımıza qalır. Bunu da dəyərləndirib, qiymətləndirmək lazımdır. Toy qadağasını narazılıqla qarşılayan insanlara demək istərdim ki, kütləvi tədbirlərin keçirilməsi yoluxma riskini artırır. Dövlət istəmir ki, camaat evlənsin? İstəyir, amma ilk növbədə Prezidentin də qeyd etdiyi kimi, birinci yerdə cəmiyyətin, insanların sağlamlığı məsələsi durur.

Bu, bizə dərs olmur? 

Görün dünyada nə qədər koronavirus səbəbindən həyatını itirən insanlar var. Yəni, bu, bizə dərs olmur? Hər kəs qoyulan sosial məsafə, maskadan istifadə qaydaları məsələsində daim diqqətli, ehtiyyatlı olmalıdır. Biz nə qədər diqqətli, nə qədər ehtiyyatlı olsaq bir o qədər tez normal həyatımıza qayıda bilərik".

Təhməz Əsədov


Etiketlər:  Toylarla bağlı qadağa qüvvədə qalmalıdır Xalq artisti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ