Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

18 Qazaxıstan vətəndaşı Azərbaycandan öz ölkəsinə yola salınıb

18 Qazaxıstan vətəndaşı Azərbaycandan öz ölkəsinə yola salınıb

Tarix: 4 Sentyabr 2020 17:26

COVİD-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan daha 18 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 9 Azərbaycan vətəndaşı bu gün Qazaxıstana yola salınıb.

Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə Bakı Limanından bildiriblər.

Qeyd olunub ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin "Merkuri 1" bərə gəmisi ilə yola salınan vətəndaşlar hər zaman olduğu kimi ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə bağlı virusa qarşı test keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.

Xatırladaq ki, cari ilin 13 may tarixindən Qazaxıstanda #karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən #Kurıklimanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 5 ay ərzində isə ümumilikdə 228 Qazaxıstan vətəndaşı və 142 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınmışdır.


Etiketlər:  Qazaxıstan vətəndası Azərbaycandan ölkəsinə yola salınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ