Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Lüksemburqla oyuna hazırıq'' - Maksim Medvedev

''Lüksemburqla oyuna hazırıq'' - Maksim Medvedev

Tarix: 4 Sentyabr 2020 17:42

"Qrafikimiz sıxdır. Amma hazırda millinin düşərgəsindəyik. İntensiv məşqlər keçdik. Çox şeyin üzərində işləməliyik. Baş məşqçi qısa zamanda hər şeyin ən yaxşısını etməyə çalışır".

Bu fikirləri Azərbaycan millisinin kapitanı Maksim Medvedev UEFA Millətlər Liqasında qarşılaşacaqları Lüksemburq seçməsi ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

31 yaşlı futbolçu sıx qrafikə öyrəşdiyini söyləyib. Medvedev vəziyyətdən necə çıxmaq lazım olduğunu bildiyini vurğulayıb: "Heç bir futbolçu belə hərəkət etməyib və baş məşqçiyə hazırlıq prosesi ilə bağlı etirazını bildirməyib. De Byazi təcrübəli mütəxəssisdir. Məşq vaxtını bölə bilər. Komandada oyun problemi var. Gündə iki dəfə məşq etməli idik. Fiziki məşqlər olmayıb ki, kimsə narazılıq etsin. Futbolçuların etiraz etməsi doğru məlumat deyil".

Təcrübəli müdafiəçinin sözlərinə görə, Lüksemburq futbolu tam fərqlidir: "Oyunçularının əksəriyyəti legioner həyatı yaşayır. Hamısı təcrübəli futbolçulardır. Milli ilə Lüksemburq klublarını müqayisə edə bilmərik. Bəzi videolara baxmışıq. Oyuna hazırıq. Mən zəif olduğumuzu demirəm. Bizim millinin 30 faizi "Qarabağ"da oynayır. "Qarabağ"ın çıxışı da göz qabağındadır".

Qeyd edək ki, sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Lüksemburq matçı saat 20:00-da başlayacaq. Yığma 3 gün sonra Kiprin qonağı olacaq (Report).

 


Etiketlər:  Lüksemburqla oyuna hazırıq Maksim Medvedev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ