Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hotellərin fəaliyyətinə nəzarət üçün monitorinqlər keçirilir - FOTO

Hotellərin fəaliyyətinə nəzarət üçün monitorinqlər keçirilir - FOTO

Tarix: 4 Sentyabr 2020 19:20

Mehmanxanaların fəaliyyətinin təşkili qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə ilə monitorinqlər keçirilir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, monitorinq prosesinin ictimaiyyətə çatdırılması üçün Azərbaycan Respublikasını Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Turizm Agentliyi tərəfindən Bakıda yerləşən 2 hotelə media tur təşkil edilib. Media turda AQTA sədrinin müşaviri Elxan Mikayılov və Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov sualları cavablandırıblar.

Avqustun 24-dən etibarən ölkə üzrə keçirilən monitorinqlərdə sentyabrın 2-dək Bakıda və regionlarda yerləşən 229 hotel monitorinq olunub.

Monitorinq çərçivəsində işçi heyətin və qonaqların təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan gigiyena və sanitariya tədbirlərinin tətbiq edilməsi səviyyəsi yoxlanılır.

Qeyd edək ki, monitorinqlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 avqust 2020-ci il tarixli 287 nömrəli "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları"nın təsdiq edilməsi barədə qərarına əsasən bu qaydaların tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə keçirilir.

Monitorinqlərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə yanaşı, aidiyyəti dövlət qurumlarının və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları da iştirak edir.


Etiketlər:  Hotellərin fəaliyyətinə nəzarət üçün monitorinqlər keçirilir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ