Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''O, məsuliyyəti dərk etmirsə, cəzalandırılmalıdır, biz cəngəllikdə yaşamırıq ki''

''O, məsuliyyəti dərk etmirsə, cəzalandırılmalıdır, biz cəngəllikdə yaşamırıq ki''

Tarix: 5 Sentyabr 2020 14:40

Mənim müşahidələrimə görə, maarifləndirmə işi yenə də artırılmalıdır. Düzdür, demək olar ki, hər gün bu işlər aparılır. Amma yəqin ki, bu marifləndirmə işləri yenə də azdır. Maarifləndirmə işini bir az da artırmalıyıq. 

Bunu Sonxeber.net-a açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, radioloq-həkim Aydın Əliyev deyib.

"Düzdür, o insan ki, analiz verib, testin cavabı müsbət çıxıb, bilir ki, bunda virus var, xəstəliyi var və ona izah olunubdur ki, "Sən müalicə dövründə kənar bir yerə çıxa bilməzsən. Karantin qaydalarına əməl etməlisən", ondan sonra bütün bu marifləndirmə və informasiyalardan sonra insan yenə də məsuliyyətsizlik edib, evdən çıxırsa, başqalarını düşünmürsə, sosial bir məsuliyyəti dərk eləmirsə, təbii ki, o cəzalandırılmalıdır.

Onu karantin xəstəxanalarının birinə götürüb izolyasiya etmək lazımdır

Bu qaydaya əməl etmirsə, ona izah olunan kimi evdə oturub müalicəsini almırsa, düşünürəm ki, həm də karantin xəstəxanalarının birinə götürüb izolyasiya etmək lazımdır onu. 

Əksər insan bu COVİD xəstəliyini yüngül keçirdir, amma xəstəliyini ağır keçirdən insanlar da var. Biz öncədən bilmirik ki, kim bunu ağır keçirdəcək, kim yüngül keçirdəcək. Bəziləri deyir ki, mən cavanam, bədənim güclüdür, xeyr! Elə hallar görürük ki, gənc olmasına baxmayaraq, o da ağır keçirib. Hətta COVİD-dən həyatını itirən cavan insanlar da oldu.

Biz cəngəllikdə yaşamırıq ki

Belə məsuliyyətsiz insanlar ətrafındakı insanları düşünməlidir. Küçəyə çıxıb marketə gedəndə və yaxud da ictimai nəqliyyatdan istifadə zamanı düşünməlidir ki, orada yaşlı insanlar var, orada şəkərli diabet xəstələri ola bilər, orada yanaşı digər ağır xəstəlikləri olanlar ola bilər. Bu insanlar belə şeyləri düşünməlidir. İnsan sosial varlıqdır, biz tək yaşamırıq, cəngəllikdə yaşamırıq ki. Ətrafımızdakı insanları, qohumları, doğmaları da və yaxud heç tanımadığımız insanları da düşünməliyik, onu nəzərə almalıyıq. Nəzərə alsınlar ki, onların məsuliyyətsizliyi səbəbindən başqa bir insan həyatını itirə bilər".

Qeyd edək ki, son vaxtlar xüsusilə Bakı, Sumqayıt, Mingəçevir, Hacıqabul və s. rayonlarda testi pozitiv çıxan COVİD xəstələrinin izolyasiya olunduqları yeri tərk etməsi hallarına rast gəlinib.

Təhməz Əsədov


Etiketlər:  məsuliyyəti dərk etmirsə cəzalandırılmalıdır cəngəllikdə yaşamırıq


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ