Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Napoli''dən ''Everton''a - Rəsmi

''Napoli''dən ''Everton''a - Rəsmi

Tarix: 5 Sentyabr 2020 16:30

“Everton” heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az klubun saytına istinadən  xəbər verir ki, Liverpul təmsilçisi “Napoli”dən Allan Markesi transfer edib. 29 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Premyer Liqa klubu bu keçidə görə İtaliya təmsilçisinə bonuslar daxil olmaqla 25 milyon funt-sterlinq ödəyəcək.

Qeyd edək ki, Allan 2015-ci ildən “Napoli”də çıxış edir. O, ötən mövsüm A Seriyasında 33 matça çıxıb və 2 qol vurub.

 


Etiketlər:  Napolidən Evertona Rəsmi


RƏYLƏR