Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2020 23:57
* 50 qram kəsmiyə bir yumurtanın sarısı və bir-neçə damcı hidrogen peroksid əlavə edilir və qarışdırılır. Hazırlananan maska üz və boyunun dərisinə sürtülür, 20-30 dəqiqə saxlanıldıqdan sonra yuyulur.
* Bir neçə damcı limonun şirəsinə 50 qram bal qatılır və 15 dəqiqə sonra ilıq su ilə yuyulur. Maskanı hazırlayarkən ona az miqdar buğda kəpəyi də əlavə etmək mümkündür. Bu zaman limon şirəsi, yumurta sarısı və buğda kəpəyi qarışdırılır, qatılaşdırılır və üzə sürtülür. Maska quruduqdan sonra soyulub təmizlənir, dəriyə qaymaq sürtülür.
* Südlə hazırlanan ağardıcı maska dərini yumşaq və elastik edir. Maska turşumuş südlə buğda kəpəyinin qarışımından hazırlanır. Südlə mavi gilin qarışımından hazırlanan maska da dəri üçün eyni effekti verir. Maskanı hazırlayarkən süd bədən temperaturuna uyğunlaşdırılmalı, yəni 36*-yə qədər qızdırılmalıdır.
* Cəfəri kökündən hazırlanmış maska dərini ağartmaqla yanaşı həm də qidalandırır. Maskanı hazırlamaq üçün təzə cəfəri kökü yoxdursa, o zaman iri marketlərin ədviyyat bölməsində satılan cəfəri kökünün qurusundan da istifadə etmək olar. 30 qram cəfəri kökü su hamamında dəmlənir və pambıq parça dəmləmədə isladılıb üzə qoyulur. Parça üzdə 20 dəqiqə saxlanılır. Cəfəri kökünü dəmləməyə həvəsiniz olmasa o zaman təzə cəfərini əzib üzünüzə maska edə bilərsiniz.
* Xəmir mayası, limon şirəsi və süddən hazırlanmış qarışım da üzün dərisinin ağarmasına səbəb olur. Maska üz və boyun hissənin dərisinə sürtülür və 20-30 dəqiqə sonra ilıq su ilə yuyulur.