Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2020 12:12
Türkiyədə növbəti "Qızıl portağal" film festivalında iştirak edəcək filmlər bəlli olub.
Sonxeber.net Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Antalya Böyükşəhər bələdiyyə sədri Muhiddin Böcəyin təşkilatçılığı ilə baş tutacaq festivalda 12 qısa və 10 sənədli film yarışacaq. Festival oktyabr ayının 3-dən başlayaraq 10-a qədər davam edəcək.
Qısametrajlı filmlər arasında ilk yerin sahibi 20 min, sənədli filmlər arasında birinci olan isə 40 min türk lirəsi qazanacaq.
Məlumat üçün bildirək ki, "Qızıl portağal" festivalı 1964-cü ildən bəri hər il Türkiyənin Antalya şəhərində baş tutur. Ölkənin ən məşhur festivallarından sayılan "Qızıl portağal" ənənəvi olaraq payız aylarında baş tutur.