Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meksikada onlarla miqrantlarla dolu avtobus saxlanılıb

Meksikada onlarla miqrantlarla dolu avtobus saxlanılıb

Tarix: 28 Iyun 2019 04:52

Bakı. Trend:

Meksika Federal Polisi Puebla vilayətində içərisində 76 miqrant olan sərnişin avtobusunu saxlayıb.

Trend-in məlumatına görə, miqrantlar Mərkəzi Amerika ölkələriin vətəndaşlarıdır.

Məlumata əsasən, avtobus Puebla-Kordoba avtomobil yolunda əməliyyat çərçivəsində saxlanılıb.

Həmin miqrantlar ABŞ sərhədləri istiqamətində gedib. Hazırda onlar Meksika miqrasiya xidmətinin nümayəndəliyinə aparılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Meksikada onlarla miqrantlarla dolu avtobus saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ