Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2020 15:08
Bakı. Rufiz Hafizoğlu - Trend:
2020-ci yanvar-avqust aylarında Türkiyənin dünya bazarlarına müdafiə sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 26,1 faiz azalaraq 1,239 milyard dollara bərabər olub.
Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Müdafiə sənayesi məhsullarının ixracı Türkiyənin ümumi ixracının 1,2 faizini təşkil edib.
Avqust ayında Türkiyə 177,466 milyon dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib ki, bu da 2019-cu ilin avqustu ilə müqayisədə 1,2 faiz azdır.
İyul ayında müdafiə sənayesi məhsullarının ixracı Türkiyənin ümumi ixracının 1,4 faizini təşkil edib.
Son 12 ay ərzində (avqust 2019 – avqust 2020) Türkiyə 2,303 milyard dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib.