Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2019 10:54
Bakı. Mətanət Nəsibova - Trend:
Azərbaycan Polşaya tekstil ixracını həyata keçirməyi planlaşdırır.
Bunu Trend-ə Azərbaycanın Polşadakı ticarət nümayəndəsi Nemət Nağdəliyev deyib.
Onun sözlərinə görə, hazırda tərəflər bu məsələni müzakirə edir:
“Polşa bazarında tekstil məhsuluna böyük tələbat var. Biz bu bazarı öyrənmişik və Azərbaycandan Polşaya ixracı məqsədəuyğun və perspektivli hesab edirik. Bakı Tekstil Fabriki ilə polşalı tərəfdaşlar arasında əlaqələr yaradılıb, ortamüddətli perspektivdə bu ölkəyə tekstil məhsulunun ixracını başlamağı planlaşdırırıq”.
Ticarət nümayəndəsi bildirib ki, hazırda bu istiqamətdə danışıqlar davam edir:
“Bir neçə növ tekstil məhsulunun ixracı ilə bağlı Polşa şirkətləri ilə razılaşmalar mövcuddur. Gələcəkdə biz Azərbaycan tekstil məhsulunu təkcə Polşaya yox, Mərkəzi Avropa ölkələrinə də ixrac etməyi planlaşdırırıq”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin