Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TAP konsorsiumundan Azərbaycan qazının Avropaya sınaq nəqli barədə açıqlama

TAP konsorsiumundan Azərbaycan qazının Avropaya sınaq nəqli barədə açıqlama

Tarix: 8 Sentyabr 2020 17:20

Trans-Adriatik boru kəmərinin (TAP) istismara verilməsinə hazırlıq, eləcə də sınaqlar çərçivəsində boru kəməri Türkiyə-Yunanıstan sərhədindən Albaniyanın Fiere şəhərindəki kompressor stansiyasınadək təbii qazla doldurulub.

Sonxeber.net bildirir ki, bunu Trend-ə TAP konsorsiumunun xarici əlaqələr üzrə rəhbəri Vüqar Veysəlov deyib.

Onun sözlərinə görə, boru kəmərinin dəniz və İtaliya sahələrinin sınaqları və istismara verilməsi cədvələ uyğun həyata keçiriləcək ki, 2020-ci ilin dördüncü rübündə "Şahdəniz 2" layihəsindən ilk qazın nəqlini və TAP-ın istismara verilməsi prosesinin başlanğıcını təmin etmək mümkün olsun.

Qeyd edək ki, bir neçə gün əvvəl "Şahdəniz 2" yatağından Trans-Anadolu qaz kəməri ilə (TANAP) Avropaya qaz nəqlinin sınaqları başladığı barədə məlumat verilmişdi.


Etiketlər:  konsorsiumundan Azərbaycan qazının Avropaya sınaq nəqli barədə açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ