Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Google Pixel 5-in təqdimat tarixi açıqlandı

Google Pixel 5-in təqdimat tarixi açıqlandı

Tarix: 8 Sentyabr 2020 20:56

Bu il təqdimatı gözlənilən Google Pixel 5-in çıxış tarixi açıqlanıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, ilkin məlumata görə, model bu il, sentyabrın 25-də təqdim ediləcək. Bir müddət sonra isə cihazın istifadəçilərin ixtiyarına veriləcəyi gözlənilir.

Həmçinin Google Pixel 4a modelinin də Google Pixel 5 ilə eyni vaxtda satışa çıxarılacağı bildirilir.

Google Pixel 5 modelinin satış qiymətinin 650, 5G dəstəkli Google Pixel 4a modelinin satış qiymətinin isə 500 dollar civarında olacağı bildirilir.

Qeyd edək ki, daha öncəki məlumatlarda 5G dəstəkli cihazın sentyabrın 30-da təqdim ediləcəyi vurğulanmışdı.

Milli.Az


Etiketlər:  Google Pixel təqdimat tarixi açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ