Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2020 21:56
Xiaomi Redmi Note 10-un bəzi xüsusiyyətləri açıqlanıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, gələn ay satışa çıxarılması gözlənilən modelin prosessoru səkkiznüvəli 2.4 GHz frekans sürətinə sahibdir. Cihazın RAM-ı isə 8 GB-dır.
Android 10 əməliyyat sistemi ilə çalışan yeni model 3 kamera ilə təchiz edilib. Kameranın yanında fləş yer alır.
Cihazın önündə isə bir ədəd kamera və dəlik yerləşdirilib.
Bununla yanaşı, Xiaomi Redmi Note 10-un MIUI 12 ilə gələcəyi gözlənilir.