Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2020 08:10
Yaponiya Azərbaycanda tütünçülük sahəsinə 40 milyon dollar investisiya yerləşdirməyi planlaşdırır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Yaponiyanın Beynəlxalq İnkişaf Şirkətinin vitse-prezidenti Muneçika Tanio deyib.
O bildirib ki, yaponiyalı investorlar Azərbaycanda ötən ildən fəaliyyətə başlayıb: "İlkin investisiyalar məhz tütünçülük sahəsinə qoyulub. Bu sahəyə Yaponiya 40 milyon dollar vəsait yerləşdirməyi planlaşdırır".
M.Tanio əlavə edib ki, gələn ay ərzində Azərbaycana 100-dək yaponiyalı investorun səfəri gözlənilir: "Bu səfərlər çərçivəsində investorlar ölkənin müəyyən regionlarına səfər edəcək və investisiyalar üçün mənfəətli sektorlar barədə ətraflı məlumat əldə edəcəklər".