Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2020 11:12
İngiltərə Premyer Liqasında 2019/20-ci illər mövsümünün rəmzi 11-liyi açıqlanıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, heyətdə çempion "Liverpul"un 5, "Mançester Siti" və "Lester Siti"nin 2, "Bernli" və "Arsenal"ın isə hərəyə 1 futbolçusu yer alıb.
Qapıçı: Nik Pope ("Bernli")
Müdafiəçilər: Trent Aleksander-Arnold, Vircil van Deyk, Endi Robertson (hamısı "Liverpul"), Çağlar Söyüncü ("Lester")
Yarımmüdafiəçilər: Cordan Henderson ("Liverpul"), Kevin De Bruyne, David Silva (hər ikisi "Mançester Siti")
Hücumçular: Sadio Mane ("Liverpul"), Pyerr-Emerik Obameyanq ("Arsenal"), Ceymi Vardi ("Lester").