Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2020 17:42
"Neftçi"nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Qalatasaray" futbolçusu Adem Büyüklə yolları ayırıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
33 yaşlı hücumçunun artıq yeni klubu da müəyyənləşib. O, digər Superliqa təmsilçisi "Yeni Malatyaspor"la 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, A.Büyük 2017/2018 və 2018/2019 mövsümlərində də "Yeni Malatyaspor"da oynayıb.