Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Milan” Avroliqadan uzaqlaşdırıldı – rəsmi qərar

“Milan” Avroliqadan uzaqlaşdırıldı – rəsmi qərar

Tarix: 28 Iyun 2019 14:52

İdman Arbitraj Məhkəməsi (CAS) “Milan”ı Avropa Liqası yarışından kənarlaşdırıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, buna klubun maliyyə “fayr-play”ini pozması səbəb olub. Bir müddət idi ki, məsələ ilə əlaqədar “Milan”la UEFA arasında hüququ mübahisə davam edirdi.

CAS-ın qərarına görə, tərəflər arasında razılaşmaya əsasən, İtaliya klubu yeni mövsümdə Avropa Liqasına buraxılmayacaq. Bu müddətdə klub Avropa qitə futbol qurumu ilə mübahisəli məsələləri yoluna qoymalıdır.

Beləliklə, “Milan” Avroliqaya buralmadığı üçün yeni mövsümdə turnirin qrup mərhələsində İtaliyanı “Roma” təmsil edəcək, “Torino” isə təsnifat mərhələsində oynayacaq.

 


Etiketlər:  Milan Avroliqadan uzaqlaşdırıldı rəsmi qərar


RƏYLƏR