Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2020 23:06
"Neftçi"nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Qalatasaray" futbolçusu Adem Büyüklə yolları ayırıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
33 yaşlı hücumçunun artıq yeni klubu da müəyyənləşib. O, digər Superliqa təmsilçisi "Yeni Malatyaspor"la 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, A.Büyük 2017/2018 və 2018/2019 mövsümlərində də "Yeni Malatyaspor"da oynayıb.