Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Neftçi”nin büdcəsi nə qədərdir? – Rəsmən açıqlandı

“Neftçi”nin büdcəsi nə qədərdir? – Rəsmən açıqlandı

Tarix: 10 Sentyabr 2020 16:10

"Neftçi"nin bu mövsüm üçün xərcləri 35 faiz azalacaq.

Bu barədə "Neftçi"nin vitse-prezidenti Elnur Eyvazov klubun rəsmi televiziyasında yayımlanan "Həmsöhbət" verilişində məlumat verib.

O bildirib ki, koronavirus pandemiyasının "ağ-qaralar"a da təsiri olub: "Azarkeşlərin əksəriyyətini əsas komanda maraqlandırır. Onun büdcəsi yalnız maaş deyil. Əsas komandanın büdcəsi 40 faiz azalıb və 4 milyon manatdan az olacaq. Yeni sponsorlar dəvət etsək, Avropa Liqasında növbəti mərhələyə yüksəlsək, əlavə gəlir əldə edə bilərik. Yenə mərhələ keçsək, 4 milyon manata çatacağıq. Bu, ümumi klub büdcəsinin 46 faizini təşkil edib. Bizim klub yalnız əsas komandanın üzərində qurulmayıb".

Bununla belə, vitse-prezident əsas məqsədlərinin çempionluq olduğunu sözlərinə əlavə edib.

 


Etiketlər:  Neftçinin büdcəsi qədərdir Rəsmən açıqlandı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ