Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Planet Parni İz Baku” cərimələnib? - Tahir İmanovdan açıqlama

“Planet Parni İz Baku” cərimələnib? - Tahir İmanovdan açıqlama

Tarix: 11 Sentyabr 2020 14:18

Əməkdar artist Tahir İmanov "Planet Parni İz Baku LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinin karantin qaydalarına əməl etmədiyi üçün inzibati protokol yazıldığı barədə yayılan xəbərə münasibət bildirib.

O, "ölkə.az"ın əməkdaşı ilə söhbətində məsələdən xəbərsiz olduğunu deyib.

"Bu barədə ilk dəfə sizdən eşidirəm. Məsələ ilə bağlı heç bir fikir söyləyə bilməyəcəyəm. Biz heç bir qayda pozmamışıq, hər zaman bütün qanunlara raiyət edirik", -  o qeyd edib.

Xatırladaq ki, bu inzibati xətaya görə, hüquqi şəxslər 400 manat cərimə edilir.

Milli.Az


Etiketlər:  Planet Parni İz Baku cərimələnib Tahir İmanovdan açıqlama


RƏYLƏR