Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2020 16:24
Fransanın “Lill” klubu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Mustafa Yıldırımın oyununu izləyəcək.
Qol.az xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb. Liqa 1 təmsilçisinin idman direktoru Luis Kamposun yeni mövsümdə 4 futbolçunu yaxından izləyəcəyi, onların arasında “Alanyaspor”un gənclərdən ibarət komandasında çıxış edən Mustafanın da olduğu bildirilib.
Qeyd edək ki, Türkiyə millisinin üzvləri Yusuf Yazıcı ilə Burak Yılmaz və 18 yaşlı Mustafa Kapı "Lill"ə keçib.