Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2019 21:40
"Final görüşü çətin oldu. Biz-birimizi yaxşı tanıyırıq, məşqləri birgə edirik. Daha təcrübəli olmağım finalda qalib gəlməyimə kömək etdi".
Qol.az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, bu sözləri II Avropa Oyunlarında komandamıza üçüncü qızıl medal qazandıran qadın güləşçimiz Mariya Stadnik söyləyib.
Ona dəstək olan hər kəsə təşəkkürünü bildirən M.Stadnik bildirib ki, ukraynalı güləşçi ilə rəfiqə olduğundan final görüşü psixoloji baxımdan çətin idi.