Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2020 16:36
“Barselona”dan ayrılmağa yaxın olan Arturo Vidal “İnter”lə müqavilə imzalamağa hazırlaşır.
Qol.az İtaliya mətbuatına istinadən xəbə verir ki, klub nümayəndələri 33 yaşlı oyunçu ilə müqavilənin detalları barədə razılığa gəlmək üçün görüşəcəklər. Çilili yarımmüdafiəçinin 14 sentyabrda tibbi müayinədən keçməyə görə Milana gələcəyi gözlənilir.
Bundan əvvəl “İnter”in Vidalla illik 6 milyon avro maaş + bonuslar daxil olmaqla 2 illik müqavilə bağlayacağı bildirilmişdi.
Xatırladaq ki, A.Vidal “Barselona”nın yeni baş məşqçisi Ronald Kumanın onu növbəti mövsümkomandanıən heyətində görmək istəmədiyi üçün Kataloniya klubu ilə müqaviləsinə xitam vermək niyyətindədir.