Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Deputat: Əli Kərimli qanunsuz aksiyalara cəhd edərək Azərbaycanın imicinə zərər gətirməklə məşğuldur

Deputat: Əli Kərimli qanunsuz aksiyalara cəhd edərək Azərbaycanın imicinə zərər gətirməklə məşğuldur

Tarix: 29 Iyun 2019 09:09

Bakı. Samir Əli - Trend:

AXCP sədri Əli Kərimli qanunazidd hərəkətlərinə görə polis əməkdaşları tərəfindən saxlanılıb. Bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyasından olan millət vəkili Cavid Osmanov deyib.

Millət vəkilinin sözlərinə görə, Ə.Kərimli qanunsuz aksiyalara cəhd edərək Azərbaycanın imicinə zərər gətirməklə məşğuldur:

"Bu şəxs "Milli Şura" tərəfindən keçirilən mitinqlərdə qanunazidd hərəkətlər etməklə qarşıdurma yaratmağa cəhd edən şəxslərə qarşı tətbiq edilən cərimələrlə bağlı qanunsuz marafon keçirmək cəhdinə görə polis tərəfindən saxlanıldı. Əli Kərimli hətta hakimiyyətdə olduğu vaxtlarda da ölkədə qarşıdurma yaratmağa cəhdlər edib, xaos, anarxiya yaradıb. Yəni adam ancaq bu cür əməlləri ilə yadda qalıb.

1990-cı illərin əvvəllərində Azərbaycanda yaşanan siyasi xaos, anarxiya, ölkənin 20 faiz torpaqlarının işğal olunması məhz Əli Kərimli kimi satqın və naşı şəxslərin idarəçiliyinin nəticəsi idi".

C.Osmanov vurğulayıb ki, Əli Kərimli istər "Milli Şura"nın mitinqlərində, istərsə də seçkilər ərəfəsində həmişə ölkədə qarşıdurma yaratmağa, sabitliyi pozmağa, beynəlxalq arenada ölkəmizin nüfuzuna xələl gətirməyə cəhd etməyə alışıb:

"Budəfəki aksiya da bu cür tədbirlərdən biri idi, qanunsuz marafon keçirməyə cəhd edən Əli Kərimli polis tərəfindən saxlanıldı və xəbərdarlıq edildikdən sonra sərbəst buraxıldı. Yaxşı olardı ki, Əli Kərimli qanunsuz marafon təşkil etməkdənsə, Silahlı Qüvvələrimizə, qaçqın və məcburi köçkünlərə, maddi təminatı aşağı olan ailələlərə dəstək aksiyası keçirərdi".


Etiketlər:  Deputat Əli Kərimli qanunsuz aksiyalara cəhd edərək Azərbaycanın imicinə zərər gətirməklə məşğuldur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ