Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''O əclafa vurmadığım üçün peşmanam'' - Neymar

''O əclafa vurmadığım üçün peşmanam'' - Neymar

Tarix: 14 Sentyabr 2020 11:46

"Marsel"in futbolçusu İvaro Qonzales Fransa çempionatının 3-cü turunda PSJ-ə ilə matçda (1:0) rəqib oyunçulardan birini təhqir edib.

Qol.az "Get French Football News"a istinadən xəbər verir ki,  30 yaşlı müdafiəçi Paris klubunun futbolçularından birinə "ağzını bağla, murdar meymun" deyib.

Görüşdən sonra Neymar "Tvitter" hesabından Qonzalesin bu sözləri məhz ona dediyini bildirib: "Yalnız o əclafın üzünə vurmadığım üçün peşmanam. VAR asanlıqla mənim hərəkətimi gördü. Bəs o irqçinin mənə meymun deməsi... Oyundan kənarlaşdırılan mən oldum. Bəs onlar?".

Qonzales isə Neymarın ittihamlarına komanda yoldaşları ilə bərabər paylaşdığı şəkilə bu sözləri yazaraq cavab verib: "İrqçiliyin futbolda yeri yoxdur. Mən və komanda yoldaşlarım təmiz bir karyeraya sahibik. Bəzən məğlubiyyəti də öyrənmək lazımdır. Mükəmməl bir qələbə qazandıq. "Marsel" ailəsinə təşəkkür edirəm".

Qeyd edək ki, Neymar sözügedən görüşdə Qonzalesin boynuna yumruq zərbəsi vurub və buna görə meydandan qovulub.

 


Etiketlər:  əclafa vurmadığım üçün peşmanam Neymar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ