Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DİM sədri: Birinci qrupda 200 baldan yuxarı nəticə göstərən hər bir şəxs ali məktəbə daxil ola bilər

DİM sədri: Birinci qrupda 200 baldan yuxarı nəticə göstərən hər bir şəxs ali məktəbə daxil ola bilər

Tarix: 14 Sentyabr 2020 15:18

Bakı. İlhamə İsabalayeva Trend:

Birinci qrupda 200 baldan yuxarı nəticə göstərən hər bir şəxs ali məktəbə daxil ola bilər.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu il 1-ci qrup üzrə 14 924 plan yeri var. 200 baldan yuxarı nəticə göstərən imtahan iştirakçıları 10 343-dür: “Bu o deməkdir ki, 200 baldan yuxarı nəticə göstərən hər bir şəxs ali məktəbə daxil ola bilər. Əsas odur ki, onlar ixtisasları düzgün seçsinlər".

M.Abbaszadə qeyd edib ki, bu il üçün 44 766 nəfər ixtisas seçminə buraxılıb, onlardan 23 300-ü artıq öz seçimini edib.


Etiketlər:  DİM sədri Birinci qrupda 200 baldan yuxarı nəticə göstərən hər bir şəxs ali məktəbə daxil ola bilər


RƏYLƏR