Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2020 17:15
Bakı. İlhamə İsabalayeva - Trend:
Sentyabrın 15-dən Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsi ilə bağlı 146-4 "Qaynar xətt" xidməti istifadəyə veriləcək.
Nazirlikdən Trend-ə verilən məlumata görə, əsas məqsəd "Virtual məktəb"lə bağlı vətəndaşlara xidmət göstərilməsi, daxil olan vətəndaş müraciətlərinin qısa zamanda emalı və vətəndaş məmnuniyyətinin təmin edilməsidir.
Qeyd edək ki, yeni xidmət I-V günlər saat 09:00-dan 18:00-a kimi fəaliyyət göstərəcək.