Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2020 17:35
Əməkdar artist Aybəniz Haşımovanın qızı, bloger Aynişan Quliyevadan ailə münasibətləri barədə növbəti etiraf gəlib.
Sonxeber.net xəbər verir ki, bu yaxınlarda idmançı həyat yoldaşı Kənan Əli ilə boşanma və barışma xəbərləri ilə gündəm yaradan Aynişan instaqramda ailə həyatı barədə danışıb. Qoç bürcü olduğunu vurğulayan bloger səhvlərini qəbul etməkdə çətinlik çəkdiyini bildirib:
"Səhvlərinizi qəbul edə bilirsiniz? Misal üçün deyə bilirsiniz ki, hə, səhv məndədir üzr istəyirəm. Bu, əslində böyük problemdir, münasibətlərin çoxu məhz buna görə zədələnir. Mən öz üzərimdə illərdir çalışıram, qoç bürcləri üçün bir az çətindir özünü səhv çıxarmaq". (publika.az)