Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2019 19:44
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları sona yaxınlaşır.
Qol.az-ın məlumatına görə, bu gün Azərbaycanın son 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulub.
87 kq çəkidə mübarizə aparan İslam Abbasov 1/8 finalda serbiyalı Nikolay Dobrevlə qarşılaşıb və 8:0 hesabı ilə qalib gəlib. Güləşçimiz 1/4 finalda Viktor Lorinçzlə (Macarıstan) qarşılaşıb. Rəqibinə 3:0 hesab ilə qalib gələn Abbasov yarımfinalda xorvat İvan Hukleklə qarşılaşıb. 5:0 hesablı qələbə qazanan güləşçimiz adını finala yazdırıb. O, həlledici qarşılaşmada sabah ukraynalı Yan Belenyukla üz-üzə gələcək.
Orxan Nuriyev (97 kq) 1/8 finalda avtriyalı Daniel Qastlla güləşib. Görüş rəqibin 7:2 hesablı qələbəsi ilə başa çatıb. Qastl növbəti mərhələdə uduzduğundan, Nuriyevin bürünc şansı da qalmayıb.
130 kiloda yarışan Sabah Şəriəti isə 1/8 finalda xorvatiyalı Ante Milkoviçlə qarşılaşıb. O, rəqibi üzərində 3:0 hesablı qələbə qazanaraq 1/4 finala yüksəlib. İdmançımız bu mərhələdə Yakobi Kajaya (Gürcüstan) ilə görüşüb və rəqibinə uduzub - 4:10. Gürcü idmançı finala qədər irəlilədiyindən Şəriəti bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq haqqı qazanıb. Onun ilk rəqibi litvalı Romas Fridrikas olacaq.