Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2020 20:00
"Əvvəlki Zöhrə deyiləm artıq. Heç nəyə hövsələm qalmayıb. Bazarlığımı nəvəm edir. İndi oğuləvəzim odur. Gəlinimdən, nəvəmdən razıyam. Qız nəvəm gec-gec zəng edir. Başımın tacı yoxdur, onlar könlümü alır".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Zöhrə Abdullayeva "Hər səhər" verilişində deyib. Oğlunu itirən müğənni nəvələrindən danışıb. O bildirib ki, nəvələri və gəlini ona yaxşı baxır:
"Oğlumu ölümündən sonra iki dəfə yuxuda görmüşəm. Gəldi dayandı mətbəxin qapısında, gülə-gülə dedi ki, ölməmişəm hər şeyi görürəm. Oğlum mənimlə fəxr edirdi. Efirə çıxmağıma səbəb də odur ki, oğlumun ruhu sevinsin və unudulmayım. Etiraf edək ki, uzun müddət görünməyəndə unudulursan. Oğlum ölməzdən əvvəl həyətimizə bayquş gəlirdi. Çox danışmaq istəmirəm, gəlinim və qudam-bacım baxır. Şahnaz xanım bacımdır, ata bir ana ayrıyıq".
Z.Abdullayeva avtomobil idarə etməməyinin səbəbini açıqlayıb:
"Həyətə girəndə əyləcin yerinə qazı basdım. Üç maşın pis günə düşdü. Üçünü də düzəltdirdim. Ondan sonra məndə fobiya yaranıb, maşın sürmürəm. Bir dəfə də yolla gedirəm, gördüm ətrafda maşın yoxdu. Sən demə, görüblər yaxşı sürmürəm, hamı qaçıb".
Müğənni sənət adamlarının geyimlərindən danışıb. O bildirib ki, yaşı çox olan ifaçılar geyimlərini bilmirlər:
"Bir də görürsən 40 ilin sənətkarı "britelka" geyinib çıxır efirə. Olmaz, qolu gizlətməlisən. 40 ilin sənətkarı açıq geyimdə səhnəyə çıxmaz.
40 ildir sənətdəyəm, nə birinin yarına göz tikmişəm, nə də kimisə arxadan vurmuşam. Bizim sənətdə elələri o qədərdir ki...".