Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kuman istədi, ''Barselona'' ala bilmədi

Kuman istədi, ''Barselona'' ala bilmədi

Tarix: 16 Sentyabr 2020 22:16

“Barselona”nın yeni baş məşqçisi Ronald Kuman “İnter”in futbolçusu Romelu Lukakunu komandasında görmək istəyib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, ancaq Kataloniya klubu maliyyə problemləri səbəbindən 27 yaşlı hücumçunu transfer edə bilməyib.

Bildirilib ki, Kuman Lukakunu komandadan ayrılacağı gözlənilən Luis Suaresin əvəzləyici kimi görürdü.

Qeyd edək ki, R.Lukaku ötən mövsüm A Seriyasında 36 matçda 23 qol vurub və 3 qolun ötürməsini verib.

 


Etiketlər:  Kuman istədi Barselona bilmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ