Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2020 08:04
Bakı. Trend:
Karakas məhkəməsi keçən həftə Venesuelada casusluqda şübhəli bilinərək tutulan ABŞ vətəndaşı Metyu Con Hit və yeddi yerli vətəndaşın həbs olunmasına qərar verdi.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə respublika Ali Məhkəməsinin açıqlamasında bildirilib.
"Məhkəmə Metyu Con Hit (ABŞ vətəndaşı), Deven Enrike Rodrigez Arqueta, Marko Antonio Garsesa Karapayka, Milli Qvardiyasının çavuşu Darvin Adreyso Urdaneta Pardo, İvon Koromoto Barrios Finola, Leobaldo Antonio Quteressa, Andri Ramona Finola və Asterio Xose Qonsales Qarsiaya terrorizm, vətənə xəyanət, cinayət sövdələşməsi və qanunsuz silah saxlanılması ittihamları ilə həbs qətimkan tədbiri seçilməsinə qərar verir", - sənədində deyilir.
Xatırladaq ki, sentyabrın 11-də Venesuela Prezidenti Nikolas Maduro ölkənin hüquq-mühafizə orqanları tərəfindən respublikanın qərbindəki neft emalı zavodlarından birinin ərazisində ABŞ-ın kəşfiyyat agentliyini saxladığını açıqladı.
Baş prokuror Tarek Vilyam Saabın verdiyi sözlərinə görə, amerikalı Venesueladakı ortaqlarının dəstəyi ilə "neft sənayesi və milli elektrik sisteminə qarşı təxribat aktları" planlaşdırırdı. Həbs zamanı ondan bir neçə silah müsadirə edildi, telefonunda neft emalı zavodlarının və hərbi obyektlərin fotoları tapıldı. Məlum edildi ki, amerikalı cəsus 2006-cı ildən 2016-cı ilədək İraqda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin bazalarında muzdlu kimi çalışıb.