Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Penaltini vura bilməyən Suares ağladı - Şəkillər

Penaltini vura bilməyən Suares ağladı - Şəkillər

Tarix: 30 Iyun 2019 11:08

Amerika kubokunun 1/4 final mərhələsində Peru millisinə penaltilər seriyasında uduzaraq, mübarizəni dayandıran Uruqvay seçməsinin hücumçusu Luis Suares matçdan sonra göz yaşlarını saxlaya bilməyib.

Qol.az xəbər verir ki, buna 32 yaşlı futbolçunun 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməməsi səbəb olub. Penaltilər seriyasında Uruqvayın heyətində topa ilk olaraq yaxınlaşan "Barselona"lı forvardın zərbəsini rəqib qapıçı dəf edib. Nəticədə Peru ümumi hesabda 5:4 qalib gələrək, yarımfinala adlayıb.

Penaltilər seriyasından sonra ağlayan Suaresi komanda yoldaşları sakitləşdirməyə çalışıblar.







 


Etiketlər:  Penaltini vura bilməyən Suares ağladı Şəkillər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ