Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“İndiki gənclərin nə başı, nə də ürəyi işləyir” - Aktyorları tənqid etdi

“İndiki gənclərin nə başı, nə də ürəyi işləyir” - Aktyorları tənqid etdi

Tarix: 17 Sentyabr 2020 11:57

Bir az vaxtından gec oldu, amma sağolsunlar mənə dəyər verdilər. Allah rəhmət eləsin gedən həmkarlarımıza. Gənclərə indi çox yaxşı şərait yaradılıb. Biz çox əziyyət çəkirdik.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova "MTV Azərbaycan"a açıqlamasında deyib. Aktrisa sənətdə təsadüfi adamların çox olduğunu bildirib:

"Çox ucuzlaşıb. Ucuzlaşdırdılar sənəti. Bizim reklama ehtiyacımız yoxdur. Artıq tanınmışam. Deməli mənə maddi cəhətdən kömək lazımdır. Mən də maddiyatı fikirləşib gəlirəm. Birinci təklif gələndə pulu soruşuram. Daha sonra obrazı soruşuram ki, nə oynayacam? Gənclər... Bu gün tanınmaq üçün, o puldan da imtina edərlər. Təki reklamları olsun. Bizim indiki gənclər bilmirəm necə bitiriblər universiteti. Nə baş işləyir, nə ürək, nə də dil.. Biz sənətə gələndə populyarlıq, maddi tərəfi düşünmürdük".

Nahidə Orucova sənət yolunda çəkdiyi çətinliklərdən də danışıb:

"Teatrda pul, dolanışıq yox idi. Biz gedib Horadiz rayonunda başımızın üstündə güllə atılanda tamaşa göstərirdik. Tarlada başımızın üstündə güllələr uçurdu. Səngərdə nə qədər əsgərlərimizin qabağında oynamışıq. Biz o günü görmüşük. Bu cavanlar o günü görməyiblər. İndi çoxu deyir ki, "çox sağolun, nə yaxşı varsınız, siz sənətkarlara baxıb öyrənirik". Amma bir çox cavanlar bilirsiniz nə deyir? "Siz nə etmisiniz ki?".


Etiketlər:  İndiki gənclərin başı ürəyi işləyir Aktyorları tənqid etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ