Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

bp “Enerji perspektivlərinə baxış – 2020” hesabatını təqdim edib

bp “Enerji perspektivlərinə baxış – 2020” hesabatını təqdim edib

Tarix: 18 Sentyabr 2020 09:04

Bakı. Trend:

Bir neçə gün öncə bp 30 il ərzində dünyanın enerji bazarlarının necə inkişaf edəcəyinə dair analitik məlumatlarla dolu olan və qlobal enerji keçidi üçün mümkün istiqamətləri əks etdirən illik yol xəritəsini dərc edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, builki nəşrdə yenilik: Proqnoz məlumatlar 2050-ci ilə qədər olan dövrü əhatə edir – bu müddət əvvəlki nəşrlərə nisbətən on il daha çoxdur.

Ümumi mənzərə: Bir sıra mümkün nəticələri araşdırmağa yardım etmək üçün üç əsas ssenaridən (proqnozdan deyil) istifadə edilib:

Operativ – bu ssenaridə direktiv tədbirlərin tətbiqi və karbon qiymətində əhəmiyyətli artım ehtimal edilib ki, bu da enerjidən istifadə nəticəsində yaranan karbon emissiyalarının 2018-ci ildəki səviyyələrə nisbətən təxminən 70% azalması ilə nəticələnir.
Xalis sıfır emissiya – bu ssenaridə yanaşmalarda əhəmiyyətli dəyişikliklər etməklə Operativ ssenaridəki direktiv tədbirlərin gücləndirilməsi və nəticədə karbon emissiyalarında 95%-dən çox azalmanın baş verməsi güman edilir.
Fəaliyyətlərin normal qaydada davam etməsi (FNQDE) – burada siyasətlərin və üstünlük verilən prinsiplərin keçmişdə müşahidə edilmiş templərlə davam etməsi və emissiyaların 10% azalması güman edilir.

Əsas məqamlar:

Enerjiyə tələbatın artması, lakin neftə tələbatın düşməsi: Hər üç ssenaridə də təxminən növbəti 10-15 ildə dünyada enerjiyə tələbat artır (2050-ci ilədək FNQDE ssenarisində 25%-dək daha yüksəkdir), lakin neftə tələbat azalır – Xalis sıfır emissiya ssenarisində 80%-ə yaxın azalma.
Külək və günəş enerjisinin payı artmaqla qlobal enerji sistemlərinin strukturunda fundamental dəyişikliyin baş verməsi: Bütün ssenarilərdə enerji balansının strukturu daha çox diversifikasiya olub: karbohidrogenlərin payının azalması, bərpa olunan enerji mənbələrinin payının artması ilə müşayiət olunur; bərpa olunan enerji mənbələri bütün ssenarilərdə ən sürətlə artan enerji mənbəyidir (külək və günəş enerjisi üstünlük təşkil etməklə).
Dünyada elektrikləşmə prosesi davam edir: Son istehlakçıların elektrik enerjisindən istifadə miqdarı Xalis sıfır emissiya ssenarisində artaraq 2018-ci ildə mövcud olan 20% səviyyəsindən 50%-dən yüksək səviyyəyə çatır.

“bp-nin “Enerji perspektivlərinə baxış” hesabatı enerji sahəsində dəyişən mənzərəni daha yaxşı başa düşməyimizə yardım edən əvəzsiz bir vasitədir və yeni strategiyamızın hazırlanmasında çox mühüm rol oynayıb. Hətta pandemiyanın qlobal miqyasda karbon emissiyalarını kəskin şəkildə azaltmasına baxmayaraq, dünya yenə də dayanıqlı olmayan istiqamətdə irəliləyir. Lakin, hesabatda verilmiş təhlil göstərir ki, qətiyyətli siyasi tədbirlər görməklə və həm şirkətlər, həm də istehlakçılar tərəfindən daha az karbon tutumlu seçimlər edilməklə, enerji keçidini yenə də reallaşdırmaq mümkündür.”

– Bernard Luni

“Bu hesabatda enerji sistemi daha az karbonlu dünyaya doğru keçid etdikcə rastlaşdığımız bir sıra qeyri-müəyyənlikləri daha yaxşı başa düşməyə yardım etmək üçün bu müxtəlif ssenarilərdən istifadə edilir. Bu qeyri-müəyyənliyə dair biliklərimizin artırılması rastlaşa biləcəyimiz bir sıra nəticələrə qarşı güclü və çevik bir strategiyanın hazırlanmasına əhəmiyyətli töhfə verir.”

– Spenser Deyl, bp-nin baş iqtisadçısı


Etiketlər:  Enerji perspektivlərinə baxış 2020 hesabatını təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ