Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Minskdə İkinci Avropa Oyunlarının bağlanış mərasimi başlayıb

Minskdə İkinci Avropa Oyunlarının bağlanış mərasimi başlayıb

Tarix: 1 Iyul 2019 00:00

Bakı. Trend:

Minskdə Dinamo Stadionunda İkinci Avropa Oyunlarının bağlanış mərasimi başlayıb.

Trend-in məlumatına görə, 50 Avropa ölkəsindən idmançıların iştirakı ilə 12 arenada on gündən çox müddətdə keçirilən genişmiqyaslı idman bayramı başa çatıb.

Ölkənin əsas arenasının tribunaları tamaşaçılarla doludur, onların bir çoxu da forumun təşkili və keçirilməsində iştirak edib.

Stadionun mərkəzində Milli Kitabxananın kompozisiyası quraşdırılıb. Mərasim, Belarusun dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Minskdə İkinci Avropa Oyunlarının bağlanış mərasimi başlayıb


RƏYLƏR