Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Aston Villa"da yeni hücumçu

Tarix: 20 Sentyabr 2020 17:54

"Aston Villa" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi "Lion"dan Bertrand Traoreni transfer edib.

Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 25 yaşlı burkina fasolu hücumçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

İngiltərə mətbuatı isə "Aston Villa"nın bu transfer üçün Fransa klubuna bonuslarla birlikdə 20.6 milyon avro ödəyəcəyini yazıb.

Milli.Az


Etiketlər:  Aston Villada yeni hücumçu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ