Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sən kimsən ki, mənim yazımı müzakirə edirsən?!”

“Sən kimsən ki, mənim yazımı müzakirə edirsən?!”

Tarix: 21 Sentyabr 2020 13:00

Xalq artisti Brilliant Dadaşovanın sosial şəbəkədə yazdığı şərh müzakirələrə səbəb olub. Belə ki, sənətçi İnstaqram-dakı "show news" səhifəsində paylaşılan Haberglobal TV-nin Azərbaycan-Ermənistan gərginliyi barədə hazırladığı süjetə rəy verib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, B. Dadaşova istifadəçiləri tənqid edərək yalnız dedi-qodu etdiklərini, onların bir-biri ilə mübahisə etdiyini qeyd edib:

"Onsuz da bir-birinin ətini yeyən cəmiyyətə çevrilirik. İndi burada qoşub-düzülmüş dedi-qodu yazsaydız, bəh-bəhlə təhqir etmək üçün şərhlər ard-arda düzülərdi. Təhqir, alçaltma propaqandası, gəl, görəsən. Allah özü yaxşıları qorusun. Yaxşı insanların gözəl əməlləri sayəsində Azərbaycan bu sınaqdan da çıxar".

İfaçının sözügedən şərhinə onlarla rəy yazılıb, Dadaşovanın xalq sayəsində parlaq ulduz olduğu vurğulanıb. Həmçinin, Aynur adlı istifadəçi müğənninin oğlu Cahad Hacıyevi karantin qaydalarını pozan biri kimi qələmə verib, əməliyyat zamanı "Fairmont Baku"da olduğunu iddia edib.

"Mən sizə yox, musiqi mədəniyyətimizə qulluq edirəm və tək mən yox! Əmim Məlik Dadaşovdan tutmuş, atamın xalası Hökümə Nəcəfova, babamın əmisi oğlu Hüseyin Ərəblinski və bütöv ziyalı ailəmiz - hərəmiz öz sahəmizdə Azərbaycanımıza xidmət etmişik. Oğlumun daşı bir sənin başına düşməmişdi. Guya Azərbaycan xalqını sevirsən? Elə isə oğlum sənin millətindən deyil? Sən kimsən ki, mənim yazımı müzakirə edirsən?! Özün şəxsiyyət ol, öz fikrini yaz. Sənin xalqın kimdir, bilmirəm, amma mənim öz xalqım elə mədəni, gözəl, yaxşı niyyətli, ürəyində rəhm olan Azərbaycan xalqıdır. Hər şeydən xəbərdarsan, amma oğlum "Fairmont" oteldə olmadığı halda, onu guya orda olubmuş kimi qələmə verənlərdənsən. Yazıq, Allah sənin kimiləri xoşbəxt etsin ki, pislik etməyə vaxtın və həvəsin olmasın",- deyə sənətçi sözügedən şərhə münasibət bildirib.

B. Dadaşova daha sonra növbəti fikrini yazaraq informasiya müharibəsi ilə üzləşdiyini vurğulayıb: "Baxın görün, ilk yazdığım şərh dərhal öz təsdiqini tapdı. Bizə qarşı sadəcə silahlı hücum deyil, həm də "güclü" təşkil edilmiş informasiya müharibəsi aparılır! Və biz bu dəqiqə o hücumlara cavab vermək məcburiyyətində qalmış azərbaycanlılarıq".


Etiketlər:  Sən kimsən mənim yazımı müzakirə edirsən


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ