Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2019 21:40
Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Səbail" bu gün Bolqarıstandakı təlim-məşq toplanışı çərçivəsində sonuncu - dördüncü yoxlama oyununu keçirib.
Qol.az xəbər verir ki, paytaxt təmsilçisi Şimali Makedoniyanın “Makedoniya GP” klubu ilə üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, “Səbail” toplanış zamanı Bolqarıstan təmsilçiləri - Plovdiv “Lokomotiv”i (0:1) və “Beroe”yə (0:4) uduzub, Rumıniyanın “Klinçeni” klubu ilə qolsuz heç-heçə edib.
1 iyul
Yoxlama oyunu
19:30. "Səbail" - “Makedoniya GP” - 0:1