Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Hərbçilərə pensiya təyinatının avtomatlaşdırılması tezliklə həll ediləcək" - Rəsmi

Tarix: 21 Sentyabr 2020 13:58

Hərbi qulluqçuların və ailə başçısını itirməyə görə pensiyaların təyinatının avtomatlaşdırılması məsələsi tezliklə həll ediləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Ayxan Məcidov "Pensiya təyinatı və hesablanma qaydaları"na həsr olunan canlı bağlantıda deyib.

Onun sözlərinə görə, pensiyaların böyük hissəsi elektronlaşdırılıb:

"Çox cüzi qalıb. Onlar da hərbi qulluqçular və ailə başçısını itirməyə görə pensiyalardır. Bu pensiyaların da təyinatının avtomatlaşdırılması layihələrdə var. Bu məsələlər də tezliklə həll ediləcək".

Milli.Az


Etiketlər:  Hərbçilərə pensiya təyinatının avtomatlaşdırılması tezliklə həll ediləcək Rəsmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ