Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2020 16:02
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda avtomobillərin qanunsuz parklanmasının qarşısını almaq üçün tədbirlərini davam etdirir.
Bu barədə Sonxeber.net-a BNA-dan məlumat verilib. Məlumatda bildirilir ki, sürücülərin dayanma-durma və parklanma qaydalarına riayət etməsi ilə bağlı tədbirlər davamlı bir prosesdir:
"Bunun üçün bizim xüsusi proqram təminatı olan planşetlə təmin edilən müfəttişlərimiz tərəfindən nəzarət tədbirləri həyata keçirilir. Həmçinin qanunsuz parklanmaya qarşı intellektual nəzarət sisteminin nəzarət kameralarının imkanlarından istifadə olunur".