Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çingiz Mustafayevin mahnısı da plagiat çıxdı

Çingiz Mustafayevin mahnısı da plagiat çıxdı

Tarix: 22 Sentyabr 2020 14:35

Müğənni Çingiz Mustafayevin yeni təqdim etdiyi "Can can" klipinin plagiat olduğu barədə xəbər verilmişdi.

Milli.Az bildirir ki, mediapost-un məlumatına görə, sənətçinin mahnısı da yerli bəstə deyilmiş.

Məlum olub ki, "Can can" mahnısının orijinal versiyası iranlı müğənni Yusif Zamaniyə aiddir. "Şaabe moohat" adlanan mahnının sözləri Yusif Zamani və Məhəmməd Möhtəşəmə, musiqisi isə Yusif Zamaniyə aiddir. Klipsiz paylaşılan musiqi ötən ilin payızında təqdim edilib.

Qeyd edək ki, sosial mediada "Can can"ın söz və musiqi sahibinin adı yazılmasa da, mahnının aranjimanının və masterinin Fərid Ağaya məxsus olduğu qeyd edilib.

Onu da bildirək ki, ekran işinin ssenarisi isə iranlı müğənni Behnam Baninin "Fagat boro" klipindən götürülmüşdü. Rejissor Emin Muradov isə əvvəlcədən klipin ssenarisinin iranlı həmkarından götürülməsi barədə məlumat verdiyini açıqlamışdı.

Milli.Az


Etiketlər:  Çingiz Mustafayevin mahnısı da plagiat çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ