Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dağlıq Qarabağda son sutkada COVID-19-a 12 yoluxma qeydə alınıb

Dağlıq Qarabağda son sutkada COVID-19-a 12 yoluxma qeydə alınıb

Tarix: 22 Sentyabr 2020 16:42

Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların ümumi sayı 379 nəfərə çatıb.

Sonxeber.net APA-ya istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda son sutkada 12 yeni yoluxma faktı qeydə alınıb.

İndiyədək infeksiyaya yoluxanlardan 325 nəfər sağalıb, 52 nəfərin müalicəsi davam edir. 3 nəfərin vəziyyəti ağır, 6 nəfərin vəziyyəti isə orta ağırdır. 92 nəfər karantindədir.

İndiyədək analiz nəticəsi pozitiv çıxan iki nəfər ölüb. Lakin onların digər xəstəliklərdən öldüyü bildirilir.


Etiketlər:  Dağlıq Qarabağda sutkada COVID yoluxma qeydə alınıb


RƏYLƏR